Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


09.07.2022  10:45 

Turist ovuna çıxan dələduzlar - Video





A+  A-

'Qiymətləri ucuz, təqdim etdikləri xidmətlər isə keyfiyyətsizdir'. Bəzi turizm şirkətlərinin nisbətən aşağı qiymətə təklif etdikləri turpaketlərdən istifadə edən vətəndaşlar bu qənaətdədirlər.

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov deyir ki, daxili turlar təşkil edən şirkətlərinin bəzilərinin ofisi belə yoxdur. Xərclərdən yayınmaq üçün bu üsulla vətəndaşların diqqətini cəlb etmək istəyirlər.

Ekspertin sözlərinə görə, belə şirkətlər keyfiyyətə önəm vermirlər. İstər istirahət məqsədilə seçilən məkanlar, istərsə də, səfər zamanı təqdim edilən nəqliyyat vasitələrinin sazlığı ikinci planda qalır.

Ceyhun Aşurov qeyd edib ki, paytaxtdan şimal-qərb rayonlarına səfərlər zamanı turpaketin qiymətini həm 18-20, həm də 50-100 manat civarında müəyyən edən şirkətlər var. Aşağı qiymətlər insanlar üçün cəlbedici olsa da, keyfiyyət onların ürəyincə olmaya bilər.

Ekspert əlavə edib ki, belə vəziyyətlə qarşılaşmaq istəməyən vətəndaşlar əvvəlcədən turizm şirkətlərini araşdırmalıdırlar. Sosial mediada şirkət barədə yazılan rəylərə nəzər yetirilməlidir. ``Yüksək qiymətə turpaket təklif edən şirkətlər sığorta məsələlərinə ciddi diqqət edirlər. Onlar qidaların, avtobusların seçimində daha tələbkar olurlar``-deyə ekspert vurğulayıb.



Xəbər 1935 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +