Hövsan qəsəbəsində evdə partlayış olub
Bir ailənin beş üzvü xiyardan zəhərlənib
İspəndiyarın “Hollywood”u...
Eldar Əzizovu söysək də, onun səlahiyyəti yoxdur - Hafiz Hacıyev
Orxan Fikrətoğlu nazirin müşaviri təyin olundu
Aktrisa 81 yaşlı ərindən yaşına görə boşanır
Kurskdakı PUA meydanı vuruldu
Ruslar Pokrovskdan tədricən geri çəkilirlər
Rüşvətlə sertifikat verənlərlə bağlı... - Qərar
“Abi” hotelinin fəaliyyəti dayandırılıb


23.10.2020  17:21 

Arutyunyan Putinə yalvarmağa başladı





A+  A-

Özünü qondarma Dağlıq Qarabağın “prezident”i kimi təqdim edən Araik Arutyunyan işğalçı Ermənistanın Baş Naziri Nikol Paşinyanın yolu ilə gedərək Rusiyadan imdad diləyib.
XəzərNews.az-ın məlumatına görə, separatçıların “başçı”sı bununla bağlı öz feysbuk hesabında paylaşım edib. Arutyunyan ermənilərin Rusiyanı ən çətin vəziyyətlərində kömək əlini uzadan bir qardaş ölkə kimi qəbul etdiklərini bildirib.

Çarəsiz qalan saxta “prezident” bunun üçün hətta tarix kitablarına üz tutub, rəqəmlərlə oynamağa çalışıb. O, guya yaxşılıq edibmişlər kimi, təxminən 90 min erməninin Böyük Dünya Müharibəsində müxtəlif cəbhələrdə vuruşduğunu xatırladıb, indi bunun qarşılığını istəyib.

Maraqlısı odur ki, Arutyunyan Rusiya Prezidenti Vladimir Putinin ötən gün “Valday” forumunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirləri də təhrif etməyə çalışıb.

Halbuki Putin açıqlamasında “Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti əbədi davam edə bilməz” deyə bildirmişdi. Bu da onu göstərir ki, separatçıların “rəhbər”i özünü Putinin rəyindən bixəbər kimi aparmaq istəyərək aldadır.

Sonda o, müraciətində Rusiya liderinə az qala, yalvarır:

“Dünyada və bölgəmizdə böyük şəxsi nüfuza sahib bir şəxs və lidersiniz. Sizdən xahiş edirəm ki, Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatları dayandırmaq və siyasi prosesləri bərpa etmək üçün hər şeyi edin”.

Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı davam edən təxribatlarına cavab olaraq sentyabrın 27-də başlayan hərbi əməliyyatlar müddətində Paşinyan da dəfələrlə Putinə zəng edərək ondan kömək istəyib. Bildirilirdi ki, erməni nazir hələ müharibənin ilk on günlüyündə Rusiya dövlət başçısına 5 dəfə zəng edib. Hətta “Rossiya 1” telekanalının efirində Paşinyanın Putinə iclas zamanı ard-arda zəng etdiyini göstərən görüntülər də verilmişdi.

Xəbər 1326 dəfə oxunub.



21.04.2025  17:41 

Kurskdakı PUA meydanı vuruldu

21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı


BÜTÜN XƏBƏRLƏR +