Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


03.04.2025  10:52 

Kirill Dmitriyev Vaşinqtona niyə gedib?





A+  A-

Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev aprelin 2-də Vaşinqtonda Amerika rəsmiləri ilə görüşüb.

XəzərNews.az xəbər verir ki, bu barədə Reuters agentliyi Amerika rəsmiləri arasında olan iki mənbəyə istinadən məlumat yayıb.

KİV yazır ki, danışıqların məzmunu açıqlanmır.

Mənbələr bildirir ki, Dmitriyev ABŞ prezidenti Donald Trampın Kremllə təmaslara rəhbərlik edən xüsusi nümayəndəsi Stiv Vitkoffun dəvəti ilə ABŞ-a gəlib.

Dmitriyev Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpasında mühüm rol oynaya bilər. Jurnalistlər xatırlayırlar ki, Stenfordda təhsil almış və əvvəllər “Goldman Sachs”da çalışmış Dmitriyev Rusiyanın ABŞ haqqında ən məlumatlı nümayəndələrindən biri hesab olunur. O, Trampın komandasının əsas üzvləri ilə sıx əlaqələrə malikdir və Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ABŞ-a səfər edən ən yüksək rütbəli rusiyalı məmur olub.

Məqalədə deyilir ki, Dmitriyev bu yaxınlarda Rusiya və ABŞ arasında investisiya, enerji, Arktikanın inkişafı, kosmos, nadir torpaq metalları və hətta İlon Maskla potensial qarşılıqlı əməkdaşlıq sahələrində bir sıra əməkdaşlıq təşəbbüslərini qeyd edib.



Xəbər 1747 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +