Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


23.10.2023  15:44 

ABŞ-ın ətrafında fırlanan dünya bir daha baş verməyəcək -Dmitri Peskov





A+  A-

Kreml ABŞ prezidenti Co Baydenin dünyanın yeni nizama ehtiyacı olduğu haqda sözlərini dəstəkləyir, lakin Moskva belə bir nizamın Vaşinqton tərəfindən tikilə biləcəyi ilə razılaşmır.

Xəzərnews.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib: “Biz cənab Baydenlə tamamilə razıyıq. Onun dedikləri ilə tamamilə razı olduğumuz nadir haldır. Həqiqətən də, dünyanın tamamilə fərqli prinsiplərə əsaslanan yeni dünya nizamına ehtiyacı var”.

Kremlin fikrincə, bu dünya nizamı bütün idarəetmə mexanizmlərini bir dövlətin əlində cəmləşdirmək cəhdlərindən, öz iradəsini və qərarlarını başqa ölkələrə sırımaq cəhdlərindən azad olmalıdır.

“Əksinə, “qaydalara” deyil, beynəlxalq hüquqa əsaslanan, qarşılıqlı hörmətə, qarşılıqlı faydaya, bir-birinin daxili işlərinə qarışmamağa və s. əsaslanan dünya nizamı olmalıdır", - deyə Peskov qeyd edib.

Kreml Baydenin bəyanatının başqa hissəsi ilə razılaşmır:

“Cənab Baydenin başqa bir ifadəsi var: “ABŞ belə bir nizam qurmağa qadirdir”. Bununla razı deyilik. ABŞ bu və ya digər şəkildə, hansı dünya nizamından danışsalar da, Amerika mərkəzli dünya nizamını nəzərdə tuturlar. Yəni ABŞ-ın ətrafında fırlanan dünya. Bu, bir daha baş verməyəcək”.

Xəbər 1020 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +