Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


31.08.2020  12:43 

Metronun fəaliyyəti bərpa olunur?





A+  A-

Bakı metropoliteninin fəaliyyətini bərpa etməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərardan asılıdır.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə,Qərargahın qəbul etdiyi qərara görə, Bakı metropoliteninin stansiyaları fəaliyyətini sentyabrın 15-dək dayandırıb: "Stansiyaların sərnişin qəbul edəcəyi gün Qərargahın qərarından asılıdır. Stansiyalar sentyabrın 15-i də açıla bilər, hətta həmin vaxtdan əvvəl də. Bu isə ölkədəki epidemiologi vəziyyətdən asılıdır. Əgər vəziyyət tam normallaşarsa, stnasiyalar fəaliyyətini sentyabrın 15-dən əvvəl də açıla bilər. Hələ ki, bu barədə bizə heç bir göstəriş verilməyib. Amma buna baxmayaraq metro stansiyaları fəaliyyətini bərpa etməyə hazırlıqlı vəziyyətdədir".

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində sərtləşdirilmiş karantin rejiminin müddəti 30 sentyabra qədər uzadılsa da, metro stansiyalarının fəaliyyəti sentyabrın 15-i səhər saat 06:00-a kimi dayandırılıb.

Xəbər 2484 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +