Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


22.10.2019  14:28 

Bakıda dördtərəfli piyada keçidi təşkil edildi





A+  A-

Bakıda ilk dəfə dördtərəfli piyada keçidi təşkil edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib:

- Sarı kəsişmə toru təşkil edilib;

- Nəqliyyat vasitələrinin hərəkət troektoriyasını əks etdirən yol nişanlamaları çəkilib;

- Yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.

Qeyd olunub ki, həyata keçirilmiş dəyişikliklər kəsişmədə piyadaların rahatlığını, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcək.

Qeyd edək ki, hazırda ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır

Xəbər 1548 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +