Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


25.01.2019  15:43 

“Onu deyən qələt edir...” - Ziya Məmmədov





A+  A-

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, "Garant-Holdinq”in prezidenti Anar Məmmədovun Bakıdakı 33 mərtəbəli hoteli ilə bağlı yeni məlumat yayılıb. İnformasiyada qeyd olunur ki, ötən ilin aprelində yanğın baş vermiş və əvvəlki adı "Trump Tower Baku”, sonrakı adı isə "Yelkən hotel” olan binanın fasadı tam dəmir çərçivələrə alınıb. İddialara görə, bu həmin hotelin söküləcəyi ilə bağlı şübhələri artırır.
XəzərNews.az xəbər verir ki, sabiq Nəqliyyat naziri Ziya Məmmədov mövzu ilə bağlı azxeber.com-a açıqlama verib.

Sualı əsəbi qarşılayan Z. Məmmədov bildirib ki, xəbərlər şayiədir:

"Onu deyən qələt edir. Sökmürlər, qoy lap partlatsınlar. Nə otel, otel nədir? Mən ilk dəfədir eşidirəm bunu. Boş-boş şeylərlə özünüzün də vaxtını almayın, mənim də. Otel lap tutaq ki, kiminsə olub və söküblər? Bunun sizə nə dəxli var? Bunun nə mənə, nə də mənim oğluma aidiyyatı var”.

Xəbər 2181 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +