Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


04.01.2018  15:36 

Həkimi şantaj edib 8 min alana cəza istənildi





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın həkimi şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elnur İbrahimova cəza istənilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək E.İbrahimovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, E.İbrahimov Bakıda fəaliyyət göstərən özəl klinikalarının birində çalışan qadın nevropatoloq və EEG həkimi ilə sosial şəbəkədə tanış olub. Özündən yaşca böyük olan həkimlə səmimi ünsiyyət quran E.İbrahimov sonradan onu şantaj edərək rüsvay edəcəyini deyib. Bu yolla həkimdən 8 min manatdan çox pul alıb. Daha sonra qadının şikayəti ilə E.İbrahimov saxlanılıb. O ittihamı qəbul etməyərək pulu yardım məqsədi ilə istədiyini deyib.

İstintaq dövründə E.İbrahimov həbs edilməyib, hələ də azadlıqdadır.

Xəbər 1395 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +