Leyla və Arzu Əliyevalar sərgidə
DİN vətəndaşlara müraciət edib
Suriya qaynayır: 745 nəfər həlak olub
Biznes Universiteti bu VİDEOya görə linç edilir
Rafael Qetjiyə yenə məğlub oldu
Partizanlar Krımda yanacaq daşıyan qatarı vurdu
Xaçlar partlayış dalğalarına tab gətirə bilmir
Fuad Ələsgərov niyə görünmür?
Bu gün 58 min 732 şagird imtahan verəcək
Sabah iş günü olacaq?


08.10.2021  21:25 

Bu müğənnilər nə qədər qazanır? - Siyahı





A+  A-

Uzun müddət böyük zallarının bağlı qalması müğənnilər arasında restoranda konsert üsulunu artırıb. Artıq bir müddətdir ki, sənət adamları müxtəlif məkanlarda konsertlər verir.

XəzərNews Axşam.az-a istinadən xəbər verir ki, müğənnilərin restoranda verdikləri konsertlərdən istədikləri qonorarı araşdırıb. Bəzi ifaçılar bunu sirr saxlamağa çalışsa da, qonorarını açıqlayanlar da olub.

Xalq artisti Aygün Kazımova pandemiya dövründə ən çox konsert verən sənət adamı olub. Müğənni hətta bəzi günlərdə iki restoranda bir neçə saatlıq çıxışlar edib. Hər dəfə məkanı tamaşaçı ilə dolduran müğənninin restoranda çıxış üçün istədiyi qonorar 15-20 min manat arası dəyişir. Qiymət məkanın böyük və ya kiçik olmasına görə müəyyənləşir.

Müğənni Elton Hüseynəliyev böyük zallardakı konsertdən az qonorar istədiyini, restoranda isə 15 minə çıxış etdiyini bildirib. Əgər konsert xarici ölkədə olarsa, qiymət qalxır və dollarla istənilir.

Müğənni Roza Zərgərli bildirib ki, restoranda konsert onun üçün daha asandır. "Təşkilatçılıq işlərinin başqasına həvalə edilməsi məsuliyyəti azaldır. Restoran konserti üçün 7 min manat istəyirəm" deyə, ifaçı söyləyib.

Meyxanaçı Namiq Qaraçuxurlu qonorarını açıqlamağı xoşlamadığını söyləyib. O bildirib ki, restoranda qonorarı yüksəkdir: "Səbəb odur ki, restorana gələn müştəri çox pul xərcləyir. Məbləğ müxtəlifdir, bunu dəqiq söyləmək olmur. Bunu demək də doğru olmaz. restoranda konsert maddi baxımdan sərf edir. Lakin konsert zalında yaşadığın hissləri orada yaşamaq olmur".

Müğənni Nadir Qafarzadə restoranda konsert vermir. İfaçı yarım saatlıq çıxış etməyə üstünlük verir. O bildirib ki, restoran konserti maraqlı olsa da, tamaşaçılar diqqəti yeyib-içməyə ayırır. "Əsl səhnədə konsert başqadır, tamaşaçı səni dinləyir və alqışlayır. Elton eşitdim ki, Türkiyədə konsert verəcək. Onun səsinə diqqət olacaq, yaxşı ifaçıdır. Məmnuniyyətlə onun konsertinə getmək istəyərdim" deyə, nadir əlavə edib.

Xalq artisti Miri Yusif də restoranlarda tez-tez konsert verən sənət adamları sırasındadır. Sənətçinin konsert qiyməti 8-10-15 min arası dəyişir.

Müğənni Zamiq Hüseynov isə restoranda konsert üçün 8-10 min qonorar istəyir.

Xalq artisti Röya Ayxan da restoranda verdiyi kosnertlə tez-tez tamaşaçı qarşısına çıxır. İfaçı məkandan asılı olaraq 10-15-18 min qonorar istəyir.

Rusiyada tez-tez konsert verən Şəbnəm Tovuzlu 7 min dollar istəyir. O bildirib ki, əgər Moskvadadırsa, qonorarı 5 min dollara endirir. Bakıda şou-proqramlara qatılanda 3500-4000 manat qonorar istəyən Şəbnəm 1 saatdan artıq çıxış etmir. Şəbnəm bir müddət əvvəl Moskvada olan "Qarabağ Azərbaycandır" konsertdən 8 min dollar qonorar alıb.

XəzərNews




Xəbər 2365 dəfə oxunub.




09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu

09.03.2025  10:26 

Fuad Ələsgərov niyə görünmür?

09.03.2025  10:17 

Sabah iş günü olacaq?

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +