Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


28.03.2025  12:57 

Rövşən Lənkəranskinin düşməni “Vova Puxlıy” həbs olundu





A+  A-

Rusiyanın Stavropol vilayət məhkəməsi “qanuni oğru” Vladimir Jurakovski barəsində hökm çıxarıb.

XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında ən yüksək mövqe tutma) və 159-cu (dələduzluq) maddələrilə təqsirli bilinib.

Məhkəmə müəyyən edib ki, 2001-ci ildə cinayət ənənələrinə əsaslanan prosedurdan sonra müttəhimə “qanuni oğru” statusu verilib.

O, 20 ildən artıq müddətdə rayonda fəaliyyət göstərən kriminal elementləri idarə edib, vəsaitlərin yığılmasını təşkil edib. Kriminal subkulturaya dəstək verən insanlar arasında mübahisəli situasiyaları həll edib, əldə olunan gəlirləri kriminal aləmin ehtiyaclarına köçürüb.

Bundan əlavə, 2014-cü ildə müttəhim arvadını müalicə etmək bəhanəsi ilə dostunu ona ümumi məbləğdə 200 min rubl borc verməyə inandırıb və sonradan öz mülahizəsinə uyğun olaraq sərəncam verib.

Məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, cinayətkarı 1 milyon rubl cərimə və bir il müddətinə azadlığın məhdudlaşdırılması ilə 10 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, kriminal aləmdə “Vova Puxlıy” kimi tanınan Vladimir Jurakovski mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin düşmənlərindən biri olub.


Xəbər 2196 dəfə oxunub.




01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +