Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


24.02.2020  09:26 

Türkiyə Naxçıvanla sərhəd məntəqəsini bağlayacaq





A+  A-

Xəbər verdiyimiz kimi, koronavirus təhlükəsi səbəbindən Türkiyənin İranla sərhəddəki Ağrı-Gürbulaq, Hakkari-Esendere ve Van-Kapıköy sərhəd-keçid məntəqələri müvəqqəti bağlanıb.
XəzərNews.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, Türkiyənin İğdır bölgəsindən Naxçıvana açılan Dilucu sərhəd məntəqəsində də hərəkət məhdudlaşdırılacaq. Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib:

“İranın Səhiyyə naziri ilə danışdım. Vəziyyətin getdikcə pisləşməsi səbəbindən qonşumuzla sərhədimizi müvəqqəti olaraq bağlamaq qərarına gəldik. İranla 3 quru sərhəd məntəqəmiz var. Əlavə olaraq, İğdırdan Naxçıvana açılan Dilucu sərhəd qapısında da məhdudiyyət tətbiq olunacaq.

İranla quru və dəmir yolu keçidləri bağlansa da, uçuşlar təktərəfli olaraq dayandırılıb. İrandan Türkiyəyə uçuşlar dayandırılsa da, Türkiyədən İrana aviareyslər davam edir”.

Xəbər 1708 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +