Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


21.12.2022  17:27 

Rusiya sülhməramlıları Qarabağdan gedir?





A+  A-

2023-cü ildə Rusiya sülhməramlıları Qarabağda öz tapşırıqlarını yerinə yetirməyə davam edəcək.

XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.

"Rusiya ordusu Qarabağda sülhün əsas təminatçısıdır və olmağa davam edəcək",- deyə Şoyqu bildirib.

Qeyd edək ki, Rusiya sülhməramlı qüvvələri 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən 5 il müddətinə Qarabağa yerləşdirilib. Geridə qalan iki il ərzində sülhməramlılar öz missiyalarını yerinə yetirmək əvəzinə, erməni separatçılarına dəstək nümayiş etdiriblər. Bu isə Azərbaycan cəmiyyətinin haqlı etirazına səbəb olub və sülhməramlı qüvvələrin vaxtından əvvəl Qarabağdan çıxarılması tələb olunub. Şoyqu isə bugünkü açıqlaması ilə rus hərbçilərin gələn il də Qarabağda qalacağını rəsmən bəyan etmiş oldu.

Xəbər 1082 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +