Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


06.12.2018  10:48 

İcazəsiz balıq ovlayanlar saxlanıldı





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz rayonu ərazisində icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.
Bu haqda XəzərNews.az-a nazirlikdən bildirilib.

Araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakini Əlibaba Kərimov və Siyəzən rayon sakini İsa Səmədov olduğu müəyyən edilib.

Onlardan ovlanması qadağan edilən 2 uzunburun, 4 nərə və digər balıq növləri, ov alətləri və asma mühərrikli qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq icazəsiz balıq ovlayan şəxslər barəsində 1573 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Xəbər 1686 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +