Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


23.10.2021  21:02 

“Məni hədələyir, təhqir edirlər” – Mübariz Aslanov





A+  A-

“Report” İnformasiya Agentliyinin Ukrayna müxbiri, tanınmış jurnalist Mübariz Aslanov özünü Ukrayna Azərbaycanlıları Radasının üzvü kimi təqdim edən Teymur Məmmədov adlı şəxs tərəfindən hədələnib.

XezerNews.az xəbər verir ki, bu barədə açıqlama ilə M.Aslanov özü çıxış edib.

M.Aslanov bildirib ki, Teymur Məmmədov adlı şəxs Lvovdan Avropa nömrəsi ilə votsap üzərindən zəng elətdirərək hədələtdirir, təhqir edir, jurnalist fəaliyyətini müxtəlif hədələr ilə dayandırmağını tələb edir:

“Və iddia edir ki, Komitənin əmri ilə yaranan Radanın düşməniyəm. Bir sözlə, jurnalistə qarşı xalis reketlik nümayiş etdirir. Əminəm ki, sizin bu xuliqandan xəbəriniz yoxdur. Amma indiki səhnə üzücüdür. Səbəb odur ki, bu gün – 23 oktyabr 2021-ci il tarixdə, əməkdaşı olduğum “Report” Agentliyində yayımlanan Lvov vilayət Radasının sədri İrina Qrimakdan aldığım müsahibədə xanım sədrin ifadəsində sadəcə rəsmi diaspor təşkilatını xatırlamamasıdır! Təsəvvür edin, illərdir yaşadığı yerin Rada sədrinin onu tanımamasına görə ondan müsahibə götürən jurnalisti linç edir. Halbuki, borcum olmasa da mən xanım sədrdən, söhbətimiz zamanı “burda təşkilatlarımız var axı” desəm də, adam bilmədiyini dedi. Mən, 15 ildir jurnalistikadayam, fəaliyyətimin əsas hissəsi xaricdə, əsasən Ukraynada olub. İndiyə qədər güldən ağır heç bir söz eşitməmişəm, əksinə. Amma ömrümdə bu ikinci təhdiddir alıram ki, ikisi də öz həmyerlilərimdəndir! Buradan açıq bəyan edirəm, əgər özüm və fəaliyyətimlə bağlı hər hansı bir hadisə baş versə, səbəbkarı bütün gün məni hədələyən Teymur Məmmədovdur!. Bu barədə, yerli müvafiq qurumlara da xəbərdarlıq edəcəyəm”.








Xəbər 1458 dəfə oxunub.




28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +