Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


18.09.2020  13:43 

Sakinlər su problemi ilə bağlı yolu bağlamağa cəhd edib





A+  A-

Göyçay rayonunda bir qrup sakin yolu bağlamağa cəhd edib.
XəzərNews.az-ın məlumatına görə, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün Göyçay rayonu Çərəkə kəndinin bir qrup sakini su problemi ilə əlaqədar Göyçay-Ucar avtomobil yolunu bağlamağa cəhd ediblər:

“Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal cəhdin qarşısı alınıb, yolda nəqliyyatın hərəkəti tam bərpa edilib. Onlarla aparılan izahedici söhbətlərdən sonra sakinlər evlərinə qayıdıb, lakin onlardan 3 nəfər karantin rejimi qaydalarını pozduğu üçün şöbəyə gətirilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib”.

Xəbər 6095 dəfə oxunub.




28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +