Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


28.12.2023  17:10 

“Azərbaycan Fransaya qarşı addımlar atmaq niyyətində deyildi”





A+  A-

Azərbaycan-Fransa münasibətlərinin mövcud durumu ən aşağı nöqtədədir.

Xəzərnews.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.

Nazir vurğulayıb ki, bundan sonra iki ölkə arasında münasibətlərin davamı Fransadan asılı olacaq.

"Münasibətlərin belə olmasının səbəkarı Azərbaycan deyil. Amma bildirim ki, Azərbaycan Fransaya qarşı hər hansısa addımlar atmaq niyyətində deyildi”, - o qeyd edib.

C.Bayramov Azərbaycanın da iki diplomatının Fransada arzuolunmaz şəxs elan edilməsinə münasibət bildirib.

C.Bayramov deyib ki, Azərbaycana cavab tədbiri olaraq, heç bir konkret dəlil olmadan Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa XİN-ə çağırılıb və iki diplomatımızın Fransada "arzuolunmaz şəxs" elan olunması ona bildirilib.

“Bizim atdığımız addımda sübut, dəlil və fakt var, onlarda isə bu yoxdur”, - nazir qeyd edib.

Qeyd edək ki, Azərbaycan Fransanın iki diplomatını "persona non grata" elan edib, Fransa da buna cavab olaraq Azərbaycanın iki diplomatı barədə analoji addımı atıb.

Xəbər 1838 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +