Yemək şirkəti 1,8 milyona təbliğat-təşviqat aparacaq – TENDER
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub


20.11.2021  11:48 

Zakir Həsənov tapşırıqlar verdi - Müşavirə





A+  A-

Müdafiə naziri Zakir Həsənov qış dövrü ilə əlaqədar bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması və tibbi təminatının gücləndirilməsi barədə göstəriş verən nazir silah və hərbi texnikanın qış istismar rejiminə keçirilməsi üzrə görülən işlərin yekunlaşdırılması barədə tapşırıq verib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən XəzərNews.az -a verilən məlumata görə, nazir Zakir Həsənovun keçirdiyi xidməti müşavirədə dövlət rəhbərliyinin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraiti və mənəvi-psixoloji vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər xüsusi vurğulanıb.

Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, şəxsi heyətin ayıq-sayıqlığının artırılması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin döyüş hazırlığı planlarının dəqiqləşdirilməsi barədə göstərişlər verib.

Müşavirədə azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun təkmilləşdirilməsi, eləcə də dağlıq ərazilərdəki yollarının daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Xəbər 3844 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +