Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib
Vahid Ələkbərov Rusiyanın ən varlı adamı oldu
Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanıldı
İsveçrə Rusiyanın 8,38 milyard dollarlıq aktivlərini dondurub
“Kanal S”in aparıcısını ağ yuyub, qara sərdilər - RƏY
“Top Qapı” restoranında təmir və kabab... - Foto
Kadırov 17 yaşlı oğlunu DİN-nin kuratoru təyin edib
“Melissa Group”da mənzillərin satışı dayandırıldı


30.08.2018  12:21 

Dilqəmlə Şahbaz ailə üzvlərilə görüşə bilərmi?





A+  A-

Dilqəm Əsgərov və Şahbaz Quliyevin işğal altındakı ermənilər tərəfindən girov götürülməsi 5-ci ilinə qədəm qoyub. Hələ ki Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan tərəfindən qanunsuz saxlanılan azərbaycanlılara nə vaxt baş çəkəcəyi haqda xəbələri gözləməklə məşğuluq. Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri, yaxınları yalnız “yaxşıyam, özünüzdən muğayat olun, hamıya salam deyin” tipli şablon məktublarla ovunurlar.
Bu müddət ərzində girov ailələri yalnız bir neçə dəfə Dilqəm və Şahbazın görüntülərini əks etdirən videolar izləyə biliblər. Bəs onların ailə üzvlərinlə görüşdürülməsi mümkündürmü? Beynəlxalq hüquq buna imkan verirmi?

XəzərNews.az bildirir ki, Modern.az-ın məsələ ilə bağlı sualını hüquqşünas Erkin Qədirli cavablandırıb.

Hüquqşünas bildirib ki, indiki məqamda bu mümkün deyil:

“Bizim torpaqlarımız işğal olunub. Bütün dünya buna susur. İki nəfər şəxsin taleyi isə onlar üçün tamamilə maraqsızdır. Yəni torpaqlarımızın işğalına görə səs çıxaran yoxdursa, iki nəfərə görə ümumiyyətlə danışmazlar. Aydındır ki, Dilqəm və Şahbaz məsələsi miqyasına görə bizim problemimizdir, onu biz həll etməliyik”.

Onlarla görüşə gəldikdə, E.Qədirli deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi öz mandatına uyğun olaraq bunu reallaşdıra bilər:

“Başçəkmə onlar tərəfindən olmalıdır. Onlar hansı işləri görür, özləri cavab verməlidir. Amma ailə üzvləri ora necə gedə bilər? Ora ordumuz getməlidir. Ordu ora gedib yerləşməyincə, ailə üzvləri gedə bilməz. Ailə üzvləri getsə, onlar da girov qalar. Bu həbsxana deyil ki, ayda iki dəfə görüş günü təyin edələr. Bu, müharibədir, bunun miqyası çox böyükdür. Öncə ərazilərimiz işğaldan azad olunmalıdır ki, girovlar da azad edilsinlər. Başqa cür mümkün deyil”.

Qeyd edək ki, 2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin hökmü ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib

Xəbər 1434 dəfə oxunub.



01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"


BÜTÜN XƏBƏRLƏR +