Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


22.06.2017  13:59 

Universitetdə şortik qadağası





A+  A-

Azərbaycan Universitetində oğlan tələbələrə qeyri-rəsmi olaraq təhsil ocağına şortla gəlməyə qadağa qoyulub.
XəzərNews.az xəbər verir ki, bu barədə Oxu.Az-a adı çəkilən universitetin İKT fakültəsində təhsil alan Əli Zeynallı bildirib.

Onun sözlərinə görə, dünən dekan müavini zəng vurub, İKT fakültəsində oxuyanları təhsil müəssisəsinə dəvət edib. Tələbələr universitetə daxil olmaq istəyəndə, şort geyinən tələbələri mühafizə əməkdaşları buraxmayalar. Mühafizə əməkdaşları bildiriblər ki, bununla bağlı tapşırıq verilib.

Ə. Zeynallı onu da bildirib ki, təhsil ocağına şortla daxil olmağa qoyulan qadağa heç bir yerdə rəsmi şəkildə qeyd olunmayıb.

Azərbaycan Universitetindən Oxu.Az-a bildiriblər ki, şortiklə təhsil ocağına daxil olmağa heç bir qadağa qoyulmayıb: “Tələbələrimiz şortiklə universitetə daxil ola bilər. Lakin hər şeyin öz qaydası var, tələbə gecə yatdığı geyimdə universitetə girmək istəsə, ona məhdudiyyət qoya bilərlər”.

Xəbər 1724 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +