İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


22.03.2021  20:38 

Bolqarıstan iki rus diplomatı ölkədən çıxarır





A+  A-

Bolqarıstandakı Rusiya səfiri Eleonora Mitrofanovaya casus qalmaqalı ilə əlaqədar iki rus diplomatın ölkədən çıxarılmasını tələb edən nota göndərilib.
XəzərNews.az “İnterfaks”a istinadən xəbər verir ki, söhbət “NATO - gizli” etiketli sənədlər alan Rusiya xarici kəşfiyyat xidmətinin işçiləri Aleksandr Zinkin və Maksim Rıbkindən gedir.

Bolqarıstan televiziyasının verdiyi məlumata görə, onların həyat yoldaşları Yelena Zinkina və Yevgeniya Safronovanın cinayət işində adı “sakin” olaraq gedən İvan İliyevin həyat yoldaşı ilə tez-tez görüşmələri barədə məlumatlar ortaya çıxıb.

Kanal iddia edir ki, istintaq çərçivəsində iki Rusiya vətəndaşının Bolqarıstanda diplomatik münasibətlərə uyğun olmayan tənzimlənməmiş kəşfiyyat fəaliyyəti apardığı müəyyənləşdirilib.

Rusiyanın Sofiyadakı səfirliyinin məlumatına görə, bu arada, Rusiya tərəfi iki rus diplomatın Bolqarıstandan çıxarılması qərarını əsassız sayır və cavab tədbiri görmə hüququnu özündə saxlayır.

“Bu il 22 martda Bolqarıstan Xarici İşlər Nazirliyi Rusiyanın Sofiyadakı səfirliyinin iki diplomatını “persona non grata” elan edib. Təəssüf hissi ilə bildirməliyik ki, bu, Bolqarıstan hakimiyyət orqanlarının növbəti əsassız demarşı konstruktiv Rusiya-Bolqarıstan dialoqunun qurulmasına töhfə verməyəcəkdir”- deyə diplomatik nümayəndəliyin feysbuk hesabında bildirilib.

Xatırladaq ki, 19 martda Bolqarıstan prokurorluğu ölkənin bir neçə hərbi kəşfiyyat zabitinin Sofiyada keçirilmiş xüsusi əməliyyat çərçivəsində Rusiyaya casusluq şübhəsiylə saxlanıldığını açıqlamışdı.



Xəbər 1383 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +