Söyüdlər məhəlləsində qaz niyə kəsilib?
Zelenski Keyr Starmerlə görüşüb
Ermənistan buna görə məsuliyyət daşıyır - Hacıyev
İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan


23.11.2022  16:36 

“Biz 27 il bu qərarların icrasını gözləyirdik” - Prezident





A+  A-

“Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Bəzi hallarda bir neçə saat ərzində icra edilir. Amma bizim məsələmizə gəldikdə, biz 27 il bu qərarların icrasını gözləyirdik və buna nail ola bilmədik”.

XəzərNews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatlarla çıxışında deyib.

“Ona görə beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı dünya ictimaiyyəti öz təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür. Biz nəticə etibarı ilə görəndə ki, bütün bu səylər, o cümlədən aparılan danışıqlar səmərə vermir, biz güc amilindən istifadə etdik. Beynəlxalq hüquq bu imkanı bizə verirdi. BMT-nin Nizamnaməsi bu imkanı bizə verirdi. Özünümüdafiə etmə haqqı bütün dövlətlərə şamil edilməlidir, o cümlədən Azərbaycana. Və biz güc yolu ilə öz ərazi bütövlüyümüzü bərpa etdik, ədaləti bərpa etdik. Və artıq 2 ildir ki, Azərbaycan xalqı azad edilmiş torpaqlarda qurub yaradır, binaları bərpa edir, bütün o böyük ərazini – 10 min kvadrat kilometrdən böyük olan ərazini yenidən qurur”, - Azərbaycan dövlət başçısı qeyd edib.

Xəbər 628 dəfə oxunub.



01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +