Söyüdlər məhəlləsində qaz niyə kəsilib?
Zelenski Keyr Starmerlə görüşüb
Ermənistan buna görə məsuliyyət daşıyır - Hacıyev
İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan


03.03.2022  14:48 

Rusiya-Ukrayna müharibəsi: Paşinyan yola gəlir? – TƏHLİL





A+  A-

Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişi imlanacağını bəyan etməsi diqqət çəkir.

Paşinyanın bəyanatı Ukraynadakı proseslərin qaynama dərəcəsinin artdığı və Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində antiterror əməliyyatları aparacağı haqqında fikirlərin dövriyyədə olduğu vaxta təsadüf edir.

Əgər Nikol Paşinyan blef etmirsə, yəni “sülh göyərçini” olduğu haqqında blef etmirsə, o zaman düşünmək olar ki, Ermənistan Azərbaycanın hansısa güc tətbiqi məsələsindən narahatlıq keçirir.

İndiki halda Azərbaycanın sülhməramlıların dislokasiya edildiyi ərazilərdə separatçıları zərərsizləşdirmək üçün hərbi əməliyyatlar keçirməsi Paşinyan hakimiyyətinə yeni zərbə olar.

Üstəgəl, kimin necə yozmasından asılı olmayaraq, Moskva Bəyannaməsinin 11-ci və 18-ci bəndləri Azərbaycanın separatçıları öz ərazilərindən qovması məsələsində Moskvanın Bakıya dəstəyinə əsas yaradır.

Hərçənd ki, hazırda Moskva Bəyannaməsini qüvvəyə minmiş hesab etmək olmaz, çünki ölkə parlamentləri həmin sənədi ratifikasiya etməyib.

Bununla belə, hər hansı hərbi plan da Bakının masası üzərindədir fikrini yürütmək üçün əsas var.

Prezident İlham Əliyev fevralın 22-də Kremldə rusiyalı həmkarı Vladimir Putinin qarşısında ilk dəfə açıq şəkildə 10 noyabr bəyanatının 4-cü maddəsini xatırladaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulamışdı. Bunun özü Bakı-Moskva xəttində bu məsələdə razılıq əldə edilməsini önə çıxarır.

Paşinyanın açıqlaması həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesini sürətləndirən amilə çevrilir.

Görünür ki, Ankara da İrəvana yenidən xəbərdarlıqlar göndərib və Azərbaycanın mütləq suveren hüquqlarının bərpası üçün təlimatları çatdırıb.

Rusiya-Ukrayna müharibəsi Ermənistan üçün də yeni sınaq təqdim edir, Paşinyan bu sınaqdan üzüağ çıxmaq üçün revanşizmi alovlandırmağı yox, sülh sazişi imzalamaq yolunu seçməlidir.

Ancaq Paşinyan o qədər ikibaşlı oynayıb ki, istər-istəməz motivi sual şəklində qoymaq zərurəti də yaranır: Paşinyan yola gəlirmi?

Aqşin Kərimov

Xəbər 1503 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +