Cem Köksal azadlığa buraxıldı
Təcili tibbi yardım avtomobili qəzaya uğradı
42 yaşlı kişi ov tüfəngi ilə güllələndi
TƏBİB-dən Binədəki partlayışla bağlı... - AÇIQLAMA
Zelenski yanlış geyimdə gəldi - Mayk Vals
Slovakiya Ukraynaya yardımı dayandırdı
Sabah güclü külək əsəcək
İlon Mask ABŞ-ın NATO və BMT-dən çıxmasına razıdır
Ştaynmayer Trampı kəskin tənqid etdi
Nyu-York Trampa qarşı - VİDEO


28.07.2021  09:32 

Təhsil haqqı kredit məbləğindən çox olsa, fərqi tələbə ödəyəcək





A+  A-

Təhsil Tələbə Krediti Fondunun Himayəçilik Şurası Nazirlər Kabineti ilə razılaşdırmaqla, standart və sosial TTK üzrə illik faiz dərəcələrini, habelə hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləği nəzərə alınmaqla, təhsil tələbə kreditinin məbləğinin yuxarı həddini təsdiq edəcək.
XəzərNews.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası”nda əksini tapıb.

Bildirilib ki, birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbələrin standart TTK almaq hüququnu müəyyən edən tələbə qəbulu imtahanında toplanan ümumi balın minimal həddini təsdiq edir.

Təhsil haqqı TTK-nin maksimal məbləğindən çox olduqda, yaranan fərq tələbə tərəfindən təhsil müəssisəsinə ödənilir.

TTK-nin müddəti təhsilin səviyyəsindən və ixtisasdan asılı olaraq qanunvericiliklə müəyyən edilmiş təhsilin normativ müddətindən, güzəşt dövründən və kreditin qaytarılması müddətindən (10 il) ibarətdir.

Kreditin qaytarılması müddəti bu Qaydada müəyyən edilmiş möhlət müddəti qədər uzadılır.

Xəbər 2226 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı

02.03.2025  15:03 

Sabah güclü külək əsəcək

02.03.2025  12:58 

Nyu-York Trampa qarşı - VİDEO

01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında


BÜTÜN XƏBƏRLƏR +