Cem Köksal azadlığa buraxıldı
Təcili tibbi yardım avtomobili qəzaya uğradı
42 yaşlı kişi ov tüfəngi ilə güllələndi
TƏBİB-dən Binədəki partlayışla bağlı... - AÇIQLAMA
Zelenski yanlış geyimdə gəldi - Mayk Vals
Slovakiya Ukraynaya yardımı dayandırdı
Sabah güclü külək əsəcək
İlon Mask ABŞ-ın NATO və BMT-dən çıxmasına razıdır
Ştaynmayer Trampı kəskin tənqid etdi
Nyu-York Trampa qarşı - VİDEO


09.01.2019  17:28 

Pensiyalar nə qədər ARTACAQ?





A+  A-

Xəbər verdiyimiz kimi, yanvar ayı ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması təmin ediləcək.
XəzərNews.az-ın məlumatına görə, “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur.

İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yanvar ayı ərzində təqdim olunacaq rəsmi məlumatda 2018-ci il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsas götürülməklə həyata keçiriləcək. Pensiyaların 2019-cu ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

İlkin məlumata əsasən, 2019-cu ilin 1 yanvar tarixində ölkədə pensiyaçıların sayı 1,3 milyon təşkil edir ki, indeksləşdirmə əsasında pensiyalarda artım onların təxminən 94 faizinə şamil olunacaq. Qalan pensiyaçılara isə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsindəki qruplar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s. aiddir ki, onların pensiyalarının artımı qanunvericilikdə nəzərdə tutulan başqa mexanizm əsasında həyata keçirilir.

Məlumat üçün deyək ki, ötən il əməkhaqqının orta artım tempi 5,7 faiz olmuşdu. Bu il də təxmin edilir ki, rəqəm bu şəkildə qalacaq. Belə olarsa, misal üçün, pensiyanız 250 manatdırsa, indeksləşdirmə aparılmaqla, bu məbləğ 5,7 faiz, yəni 14,25 manat artırılaraq 264,25 manata çatdırılacaq.

Yaxud, pensiya məbləği 400 manat təşkil edirsə, indeksləşdirmə nəticəsində həmin məbləğ 22,80 manat artırılmaqla, 422,80 manat təşkil edəcək. Artım cari ilin əvvəlindən tətbiq olunacaq və yanvar ayı üzrə artım da fevral ayının pensiyası ilə birgə veriləcək.

“Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq, bu ay sığortaolunanların fərdi hesablarındakı pensiya kapitallarının da ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılması təmin ediləcək.

Xəbər 1541 dəfə oxunub.



02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı

02.03.2025  15:03 

Sabah güclü külək əsəcək

02.03.2025  12:58 

Nyu-York Trampa qarşı - VİDEO

01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında


BÜTÜN XƏBƏRLƏR +