Söyüdlər məhəlləsində qaz niyə kəsilib?
Zelenski Keyr Starmerlə görüşüb
Ermənistan buna görə məsuliyyət daşıyır - Hacıyev
İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan


10.04.2017  16:03 

Yolda kəsilən cərimələr ARTIB – RƏQƏMLƏR





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi üzrə ödənilmiş cərimələr 2014-cü ildə 67987372,0 manat, 2015-ci ildə 73452509,0 manat təşkil edib Bu da ümumilikdə ölkə üzrə büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının müvafiq olaraq 32,8%-nə və 36,8%-nə bərabərdir.
XəzərNews.az-ın məlumatına görə, bu Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd edilib.

Məlumatda bildirilib ki, 2015-ci ildə ödənilmiş cərimələrin məbləği 2014-cü illə müqayisədə 5465137,0 manat və ya 0,8% artıb.

Ödənilən vəsaitlərin 2014-cü ildə 14,5%-i və ya 9877820,0 manatı, 2015-ci ildə isə 19,5%-i və ya 14301254,0 manatı əvvəlki illərdə qəbul edilmiş qərarlar üzrə ödənilən cərimələrdən ibarət olub. 2015-ci ildə əvvəlki illərdə qəbul edilmiş qərarlar üzrə ödənilən cərimə məbləğləri 2014-cü ilin müvafiq göstəricisindən 4423434,0 manat və ya 44,8% çox olub.

Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində ümumi sahəsi 52363 m2 olan 17 duracaq, o cümlədən Bakı şəhərində 13, Abşeron rayonunda 2, Sumqayıt və Gəncə şəhərlərinin hər birində 1 duracaq fəaliyyət göstərib. Nəqliyyat vasitələrinin duracaqda saxlanılmasına görə daxilolmalar 2014-cü ildə 67995,0 manat, 2015-ci ildə 84229,5 manat təşkil etməklə 16234,5 manat və ya 23,9% artıb.

Nəqliyyat vasitələrinin təxliyə avtomobilləri (evakuator) vasitəsilə duracaqlara gətirilməsindən daxil olan vəsait isə 2014-cü ildə 47900,0 manat, 2015-ci ildə 42080,0 manat təşkil etməklə 5820,0 manat və ya 12,2% azalıb.

Xəbər 1971 dəfə oxunub.



01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +