Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


20.08.2021  18:12 

Əfqanıstanın Bakıdakı səfirliyinin saytı bağlandı





A+  A-

Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatının ölkənin xaricdəki səfirliklərilə necə davranacağı hələ məlum deyil.
Əfqanıstanın xarici ölkələrdəki səfirlikləri hazırda çıxılmaz vəziyyətdə qalıblar. Çünki xaricdəki diplomatlar Əfqanıstanın əvvəlki iqtidarına bağlı olduqlarından yeni hakimiyyətin onları tanıyıb-tanımayacağı məlum deyil.

Əfqanıstanın Azərbaycandakı səfirliyindən ötən günlərdə Modern.az-a verilən açıqlamada diplomatik korpusun fəaliyyətini davam etdirdiyi bildirilmişdi.

Eyni zamanda diplomatik korpus “Taliban”la bağlı sualları cavablandırmaqdan imtina etmişdi.
Modern.az-ın məlumatına görə, Əfqanıstanın Bakıdakı səfirliyinin dünənə kimi fəaliyyət göstərən saytı bu gün qapadılıb.

Bunun səbəbini dəqiqləşdirə bilmədik…

Xatırladaq ki, hazırkı səfir Amanullah Ceyhun 2020-ci ilin noyabrında ölkəmizə təyinat alıb.

Xəbər 2101 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +