Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


12.08.2021  10:32 

Ağdamda narkotik becərən ata və oğul saxlanıldı





A+  A-

Ağdamda “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Baharlı kənd sakinləri Hadı Xəlilov və oğlu Gündüz Xəlilov saxlanılıblar.

Onların yaşadıqları fərdi yaşayış evinə keçirilən baxış zamanı həyətyanı sahədə yerləşən yarımtikilidən təmiz çəkisi 3 kiloqram 880 qram olan qurudulmuş marixuana və yaş çəkisi 50 kiloqramdan artıq olan kultivasiya yolu ilə yetişdirilmiş 94 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam RPŞ-nin İstintaq Qrupunda araşdırmalar aparılır.

Xəbər 2145 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +