Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


12.12.2018  19:06 

Azərbaycana gətirilən 31 ton kişmiş zərərsizləşdirildi





A+  A-

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən Özbəkistandan Azərbaycana idxal edilən 31 ton quru üzümün də ekspertizaya cəlb edilməsi həyata keçirilib.
Agentlikdən XəzərNews.az-a verilən məlumata görə, məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib. Laborator müayinələr nəticəsində məhsuldan götürülmüş nümunələrdə kif maya göbələyi aşkar edilib. AQTA-nın mütəxəssisləri tərəfindən sahibkara kif maya göbələyinə yoluxan məhsulun termiki emaldan keçirilməsi tövsiyə olunub.

Odur ki, adıçəkilən məhsulun bir hissəsi termiki emaldan keçirilib və ondan təkrar nümunə götürülüb. Təkrar müayinələr nəticəsində termiki emaldan sonra məhsulda kif maya göbələyi aşkarlanmayıb və quru üzümün normativ texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.

Qeyd edək ki, kif maya göbələyi bakteriyalar kimi əlvərişli şəraitlərdə sürətlə inkişaf edərək insan sağlamlığı üçün təhlükə yaradır.

Xəbər 1508 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +