Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


21.06.2018  11:26 

“Aqrokimyəvi maddələrin ölkəyə idxalına nəzarət gücləndiriləcək“





A+  A-

Qida Təhlükəsizliyi Agentliyi pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin ölkəyə idxalına nəzarəti gücləndirəcək.
XəzərNews.az APA-ya istinadən məlumat verir ki, bu barədə Agentliyin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib. Onun sözlərinə görə, 1 iyul 2018-ci il tarixindən idxal-ixrac əməliyyatları sahəsində, o cümlədən pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalında yeni nəzarət mexanizmləri tətbiq olunacaq.

Tələblərə gəlincə, M.Piriyev bildirib ki, yalnız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlər və bioloji preparatların idxalına icazə veriləcək.

Xəbər 1366 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +