Prezident konfrans iştirakçılarına müraciət etdi
Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib


21.09.2017  21:53 

“Hicablı və saqqallı gənclərin dərsə gəlməyi qadağan olunub” - Rektor





A+  A-

Mingəçevir Dövlət Universitetində hicablı tələbələri dərsə buraxmırlar.
XəzərNews.az xəbər verir ki, Modern.az saytı məsələ ilə bağlı universitetin rektoru Akif Hacıyevlə əlaqə saxlayıb. O, xəbərin doğru olduğunu deyib.

“Biz Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyənləşdirmişik”, - deyə rektor vurğulayıb.

A. Hacıyev bildirib ki, universitetdə 2-3 nəfər tələbə hicablıdır: "Biz hicabın əleyhinə deyilik. Özləri bilərlər, amma dərsə daxil olanda deyirik ki, hicabınızı açın və dərs bitəndən sonra hicabınızı taxın. Vəssalam. Bir də ki, üzü saqqallı gənclərin dərsə gəlməyini qadağan etmişik. Burada qəbahətli heç nə yoxdur. Azərbaycanda din dövlətdən ayrıdır. Artıq tələbələr dərsə hicabsız gəlirlər. Heç bir problem yoxdur”.

Xəbər 1426 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +