Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


05.03.2024  13:47 

“Mossad”ın 7 casusu saxlanıldı





A+  A-

Türkiyə polisi İsrailin “Mossad” kəşfiyyat xidmətinə məlumat satmaqda şübhəli bilinən 7 nəfəri saxlayıb.

Xəzərnews.az "Anadolu"ya istinadla xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat yayıb.

Saxlanılanlar arasında casus - keçmiş dövlət məmuru Türkiyədə Yaxın Şərq şirkətləri və şəxsləri haqqında məlumat toplamaqda, izləmə cihazları yerləşdirməkdə və müşahidə ilə məşğul olmaqda şübhəli bilinir.

Həbsləri Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul terrorla mübarizə polisi həyata keçirib.

Mənbələr bildirir ki, türk casus Serbiyanın paytaxtı Belqradda “Mossad” tərəfindən təlim keçib və rəsmi qeydlərdə görünməyən ödənişləri kriptovalyuta ilə alıb.

Xatırladaq ki, yanvar ayında Türkiyə məhkəməsi “Mossad” ilə əlaqədə olmaqda və Türkiyədə yaşayan fələstinliləri hədəf almaqda şübhəli bilinən 15 nəfərin həbsinə, daha 8 nəfərin deportasiyasına qərar verib. Fevral ayında Türkiyə “Mossad”-a məlumat satmaqda şübhəli bilinən yeddi nəfəri saxlayıb.

Xəbər 967 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +