Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


04.11.2021  12:14 

İş var - əməkhaqqı 250 manatdan 2500 manatadək





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində Məşğulluq Alt Sistemi fəaliyyət göstərməkdədir.

XezerNews.az xəbər verir ki, vətəndaşlar e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər.

Hazırda ölkə üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaran vətəndaşlara təklif olunan ən minimum və maksimum məvacibli işlər vətəndaşlarda böyük maraq doğurur. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə müraciət etdik. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, Məşğulluq Alt Sistemində bank sistemi yaradılıb: “Vətəndaşlar vakansiya bankında ölkə üzrə Dövlət Məşğulluq Agentliyinə təqdim edilən və vakansiya bankına yerləşdirilən bütün iş yerləri ilə tanış ola bilərlər.

İstənilən vətəndaş öz bilik və bacarığına, təcrübəsinə və təhsilinə uyğun olaraq vakansiyalarla tanış ola və həmin iş yerləri üzrə öz müraciətini formalaşdıra bilər. Göndərişlərin işsiz şəxsə uyğunluğu məşğulluq mərkəzləri tərəfindən təsdiq edilərək işə götürənlərə yönləndirilir və daha sonra işə götürən tərəfindən həmin şəxsin meyarlara uyğun olmasına dair cavab verilir".

Məşğulluq Alt Sistemindəki vakansiya bankında minlərlə aktiv vakansiya və iş imkanı mövcuddur. Vakansiyalar üzrə əməkhaqqı işə götürən tərəfindən müəyyən edilir. Vakansiyalar üzrə minimum məvacib ölkə üzrə təyin olunan minimum əməkhaqqı məbləğindən - 250 manatdan 2500 manatadək dəyişir.

İş axtaranlar Məşğulluq Alt Sisteminə daxil olmaq qaydalarını aşağıdakı video vasitəsilə öyrənə bilərlər.

Xəbər 1377 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +