Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


02.11.2021  14:08 

Bu avtomobillərə yol verməyənlər - 100 manat cərimə və 3 cərimə balı





A+  A-

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi xüsusi təyinatlı avtomobillərə yol verməyən sürücülərə xəbərdarlıq edib.

XezerNews.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli AZƏRTAC-a açıqlamasında bildirib ki, ötən gün sosial şəbəkələrdə yayılan yanğınsöndürən xüsusi təyinatlı avtomobilə yol verməyən sürücünün hərəkətləri cəmiyyətin qınaq obyektinə çevrilib. Həmin hadisə yol hərəkəti qaydalarının pozulması və inzibati məsuliyyət yaradan hal olmaqla yanaşı, ətrafda baş verən həyatı əhəmiyyətli hadisəyə biganəliyin göstəricisidir. Hər bir vətəndaşımız bilməlidir ki, heç kim bədbəxt hadisədən sığortalanmayıb. Belə hallarda avtomobil idarə edən şəxsin “Yol hərəkəti haqqında” qanuna uyğun olaraq vəzifəsi və məsuliyyəti var.

“Belə sürücülərin diqqətinə bir daha çatdırmaq istəyirik ki, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyata qoşularaq hərəkət etdiyinə görə sürücüyə 100 manat məbləğində cərimə, üç cərimə balı nəzərdə tutulur.

Məsələnin inzibati tərəfindən də qat-qat üstün olan həyatı əhəmiyyətini nəzərə alıb, belə addımlara yol verən sürücülərinin cəmiyyət qarşısında hər bir kəsin qınaq obyektinə çevirilməsi zəruridir ki, belə hallardan çəkinsinlər”, - deyə müraciətdə qeyd olunub.

Xəbər 1611 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +