Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var


10.05.2019  18:26 

UAR Ukraynda Ulu öndəri andı - Fotolar





A+  A-

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Ukraynanın Kiyev şəhərində qeyd olunub.
XəzərNews.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radası (UAR) tam tərkibdə Ulu öndərin Kiyev şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Abidə önündə çıxış edən Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev Ümummilli lider Heydər Əliyevin Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında mühüm rol oynadığını bildirib. Tələt Əliyev qeyd edib ki, dövlətlərarası münasibətlərin bugünkü səviyyəsi illər öncə atılmış düşünülmüş siyasətin nəticəsidir.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Ukraynadakı Azərbaycan Diasporunun formalaşmasında Heydər Əliyevin mühüm xidmətlərinin olduğunu bildirib. Hikmət Cavadov deyib ki, hələ illər öncə Ümummilli liderin Ukraynaya səfərləri və bu səfərlər çərçivəsində burada yaşayan azərbaycanlılarla keçirdiyi görüşlər diaspor hərəkatının təməlini qoyub: “Sağlam təməllər üzərində qurulan bu hərəkat Ümummilli liderdən sonra onun layiqli davamçısı Prezident İlham Əliyevin səyi nəticəsində davam etdirilir. Bu siyasətin əsası qoyulduğu kimi də inkişaf etdirilir. Heydər Əliyev böyük siyasətçi idi və hər zaman yaddaşlarda elə də qalacaq”.

Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin isə Heydər Əliyevin əziz xatirəsinin təkcə Azərbaycan deyil, Ukraynada da xatırlandığını və uca tutulduğunu vurğulayıb: “Heydər Əliyevin Ukrayna ilə qurduğu münasibətlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Onun nəticəsidir ki, bu gün hər iki dövlət öz möhkəm dostluq əlaqələrini davam etdirməkdə maraqlıdır”.

Sonra çıxış edən Ümumukrayna Azərbaycanlıları Gənclər Təşkilatının sədri Damət Əsgərov həm Ukraynada doğulub boya başa çatan, həm də müxtəlif səbəblərdən bu ölkədən yaşayan azərbaycanlı gənclərin Heydər Əliyev irsini öyrənməkdə maraqlı olduqlarını bildirib: “Heydər Əliyev hər zaman gələcək nəsillərə dəyər verib. Onun gənclərə göstərdiyi diqqət və qayğı misilsiz olub. Bu baxımdan bu gün gənclər Heydər Əliyevin siyasi xəttinə böyük önəm verir və daim dəstəkləyirlər”.









Xəbər 1371 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +