İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


28.01.2019  11:05 

Venesuela hökuməti müxalifətlə danışıqlara hazırdır - XİN başçısı





A+  A-

Venesuela hökuməti müxalifət nümayəndələri ilə danışıqlar masasında oturmağa hazırdır.
XəzərNews.az xəbər verir ki, bu barədə Venesuela XİN-in rəhbəri Xorxe Arreasa açıqlama verib:

“Əgər Venesuela müxalifəti bizimlə danışıqlar masasında əyləşmək istəsə, yarım saat sonra biz bunu edə bilərik. Həqiqətən də, biz heç vaxt danışıqlar masasından durmamışıq. İstərdim ki, bu istək onlar tərəfindən gəlsin. ABŞ-dakı rəislərindən icazə alaraq bizimlə danışıqlar masasında əyləşib, həll yolunu tapsınlar.

Nazir onu da vurğulayıb ki, danışıqlar nəinki müxalifətin, həmçinin hakimiyyətin tabe olduğu Venesuela Konstitusiyası çərçivəsində mümkündür.

Xatırladaq ki, Venesuela parlamentinin spikeri Xuan Quaido yanvarın 23-də kütləvi antihökumət etirazları fonunda özünü ölkənin müvəqqəti prezidenti elan edib.

ABŞ və bir sıra ölkələr onu dövlət başçısı kimi tanıdıqlarını elan ediblər.

Xəbər 1361 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +