İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


07.03.2024  17:54 

Rusiyanın əmək və sosial müdafiə naziri Bakıdadır





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının əmək və sosial müdafiə naziri Anton Kotyakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Xəzərnews.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə DOST Agentliyinin 1 saylı DOST Mərkəzi ilə tanış olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən yaradılan DOST Agentliyi və DOST Mərkəzləri barədə məlumat verib.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 159 sosial xidmətin “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan verib. Ötən dövrdə 2,1 milyon vətəndaş DOST xidmətlərindən faydalanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faiz təşkil edir. DOST konsepsiyası artıq 20-dən çox beynəlxalq mükafatla təltif edilib və bir sıra ölkələr də bu təcrübəni tətbiq etməyə maraq göstərir.

Nümayəndə heyəti üçün DOST konsepsiyası və sosial sahədə tətbiq olunan geniş elektronlaşma proqramına dair təqdimatlar edilib. Keçirilən ikitərəfli görüşdə S.Babayev Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinə əsaslanan əlaqələrin uğurlu inkişafını, iki ölkənin dövlət başçılarının siyasi iradəsi, səyləri ilə bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib.

İki ölkənin əmək, məşğulluq və sosial müdafiə sahələrində də fəal əməkdaşlığın həyata keçirildiyi və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğu qeyd edilib. Nümayəndə heyətinə Azərbaycanda sosial sahədə aparılan islahatlar barədə məlumat verilib.

A.Kotyakov ikitərəfli münasibətlərin davamlı olaraq inkişaf etməsindən məmnunluğunu ifadə edib, sosial islahatlar prosesində əməkdaşlığın, təcrübə mübadilələrinin qarşılıqlı faydalı olduğunu bildirib.

Görüşdə əmək, aktiv məşğulluq proqramları, qeyri-formal məşğulluğun qarşısının alınması, sosial müdafiə, sosial xidmətlər, əlillik və reabilitasiya, müasir texnologiyaların tətbiqi istiqamətlərində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.













Xəbər 920 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +