Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


05.05.2020  11:54 

Açılan obyektlərdə qaydalara riayət olunmasa cərimə ola bilər





A+  A-

“Fəaliyyətinə icazə verilən obyektlərdə nəzərdə tutulan qaydalara riayət olunmazsa və xəstəliyin yoluxmasına real təhlükə yaranarsa, məsuliyyətin müəyyən edilməsi məsələsinə baxıla bilər”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev ATV-də çıxışı zamanı bildirib.

DİN rəsmisi qeyd edib ki, sözügedən obyektlərin hansı qaydalara riayət edəcəyi ilə bağlı metodik göstərişlər hazırlanaraq artıq icraya yönəldilib:

“Hər bir ticarət mərkəzində antiseptik maddələr olmalıdır. Respublika rayonlarında fəaliyyətə başlamış ictimai iaşə obyektlərində masalararası məsafə 2, stullar arası məsafə isə 1 metr olmalıdır. Hər bir vətəndaşa xidmət göstərildikdən sonra masa və stullar antiseptik maddələrlə dezinfeksiya edilməlidir. Gözəllik salonları, bərbərlərdə də oturacaqlararası məsafə 2 metr olaraq saxlanılmalıdır. Obyektlər həm açılanda, həm də bağlanan zaman orada dezinfeksiya işləri aparılmalıdır”.

Ə. Baqişevin sözlərinə görə, xüsusi karantin rejimində metodik göstərişlərə riayət olunmasına bilavasitə DİN nəzarət edir: “İlk növbədə sahibkar, icarədarlara bu göstərişlərə əməl olunması tövsiyə olunacaq. Hazırda bu göstərişlərin pozulması hallarına görə inzibati məsuliyyət tədbirləri nəzərdə tutulmayıb. Ancaq əgər qaydalara riayət olunmazsa, bu zaman məsuliyyətin müəyyən edilməsi məsələsinə baxıla bilər”.

Xəbər 2614 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +