Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


26.12.2017  11:05 

Azərbaycanda kasıbları dövlət dəfn edəcək





A+  A-

“Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərmanı ilə cari il oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti sosial sferanın müxtəlif sahələrini də əhatə edəcək”.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M. Qurbanlı deyib ki, fond dini radikalizmdən, alkoqolizmdən, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyasına, təhsil alanların sosial müdafiəsinin gücləndirilməsinə, istedadlı şəxslərin təhsilini davam etməsinə, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına kömək edəcək: “Habelə aztəminatlı ailələrə dəfn xərclərinin ödənilməsi, Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin ailələrinə, müharibə əlillərinə, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə, valideynlərini itirməsinə və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin həmin müəssisələri tərk etdikdən sonra yaşayış xərclərinin ödənilməsi üçün maddi yardım göstərmək də fondun vəzifələrinə daxildir. Xüsusən yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının aktuallıq qazandığı günümüzdə Mənəvi Dəyərlərin Təbliği Fondunun bu sahədə genişmiqyaslı fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Çünki danılmaz faktdır ki, milli-mənəvi dəyərlərimizə varislik prizmasından yanaşma həm dövlətçilik, həm də mənəvi irsimiz baxımından zəruridir. Gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasında təhsilin xüsusi yeri vardır ki, fond təhsillə bağlı qarşısına geniş məqsədlər qoyub”.

Xəbər 1498 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +