FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


29.01.2023  10:27 

Deputatlar niyə fəallaşıb... - Seçki olacaq?





A+  A-

Son bir neçə gündə deputatların fəallaşması, hətta canfəşanlığı qətiyyən təsadüfi ola bilməz. Bunun səbəbi ilə bağlı kimin bildiyi varsa, xahiş edirəm, yazsın, oxuyaq. Şəxsən mən heç nə eşitməmişəm.

Amma ehtimal irəli sürə bilərəm. Hakimiyyət Rusiyanın düşdüyü çətin durumla əlaqədar, eyni zamanda yaxın gələcəkdə Rusiyadan gələ biləcək hər hansı təhlükəni önləmək məqsədilə Avropaya meyillənmək taktikasını gücləndirməyə, o cümlədən müxalif ovqatlı insanların rəğbətini qazanmağa cəhd edə bilər. Bunun üçün növbədənkənar parlament seçkisinə ehtiyac duyar. Həmin seçkidə müxalifətə nisbətən daha çox yer ayırmaqla Avropanın könlünü də bir qədər xoş etməyə səy göstərər.

Bu, əlbəttə, fərziyyədir, ancaq məntiqdən də kənar deyil. Təbii ki, Rusiya da yatmayıb və o da öz kanallarını işə salaraq, prosesdə maksimum olmasa da, gücü çatan qədər iştirak etməyə çalışacaq.

Əli Məsimli və Nizami Cəfərovun fəallaşması, Erkin Qədirlinin açıqlaması və ona verilən cavablara bu prosesin tərkib hissəsi kimi baxa bilərik.

Təsəvvür edin ki, nisbətən müsbət reputasiyaya malik bu adamların arxasında prezidentə yaxın müəyyən dairə var. Erkinə qarşı aqressiya nümayiş etdirənlər isə prosesin bu istiqamətdə getməsini istəməyən və müqavimət göstərənlərdir. Onlar yaxşı bilir ki, parlament həqiqətən yeniləşsə, orada yer tuta bilməyəcəklər. Bu haqda Natiq Cəfərli ağzından qaçırıb. Yəni yeni parlamentdə o cür adamlar ola bilməz. Onları nə xalq qəbul edər, nə də Avropa. Ümid qalır Rusiyaya.

Ancaq öz adımdan deyirəm ki, Rusiya ilə yaxşı, faydalı, şəffaf münasibətlər istəyən biri olaraq heç mən də bu adamları dəstəkləmirəm və dəstəkləmərəm. Hətta Putin özü bunu məndən xahiş etsə də...

Seçki olacaqsa, mümkün qədər daha azad, şəffaf və qanuni olmalıdır ki, iddiası olan, xalqı təmsil edən hər kəs iştirak edə bilsin. Belə olmayacaqsa, təbii ki, biz də onun nəticələrini qəbul etməyəcək və sözümüzü deyəcəyik.

Nadir Qocabəyli

Xəbər 1082 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +