FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


03.11.2017  16:34 

İstanbul polisindən Lənkəranskinin qardaşı ilə bağlı açıqlama





A+  A-

İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi "Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyev saxlanılmasına münasibət bildirib.
XəzərNews.az Unikal.org-a istinadən xəbər verir ki, idarədən bildirilib ki, həyata keçirilmiş operativ-axtarış tədbirlər nəticəsində İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM” ticarət mərkəzində saxlanılanlar arasında azərbaycanlılar da var: "Dünən gecə onlar saxlanıldığı üçün izahatları bu gündən alınmağa başlayıb.

Əgər kiminsə bu cinayətdə günahı yoxdursa, yaxın iki gün ərzində sərbəst buraxılacaq. Əks halda Türkiyə qanunvericiliyinə uyğun olaraq işləri məhkəməyə göndəriləcək".

İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Namiq Canıyevin səhhəti və deportasiya olunmasına da münasibət bildirilib. Vurğulanıb ki, Namiq Canıyev və digərlərinin sağlıq durumu yaxşıdır. Hadisə nəticəsində onlardan heç biri güllə yarası və yaxud hər hansısa bir xəsarət almayıblar:

"Gündə 3 dəfə yeməkləri verilir. Sağlıq durumları hər gün yoxlanılır”.

Namiq Canıyevin deportasiya olunması məsələsinə gəldikdə isə İdarədən qeyd edilib ki, bu barədə məlumatı qarşıdakı iki gün ərzində bilmək mümkün olacaq.

Xəbər 1671 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +