Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu


24.04.2025  18:52 

Elnarə Abdullayeva Əli Mirəliyevi “öldürməklə“ hədələyib





A+  A-

"Ağsaqqal kişisən, ayıbdır, utanmırsan, bilmədiyin şeyi danışırsan. Sənin Azərbaycan musiqisindən xəbərin yoxdur".

XəzərNews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva Əli Mirəliyevin onu tənqid etməsinə münasibət bildirərkən deyib.

Xanəndə deyib ki, əslində, bu məsələ məhkəməlikdir:

"Azərbaycan musiqisinin bir anası var, bir də atası... Biri muğamdır, o biri aşıq musiqisi. Sənin də bunlardan xəbərin yoxdur və ağzına gələni danışırsan. İndi neynəyək? Bircə yol var, o da məhkəmə. Amma vaxtım yoxdur. Belə adamlara baş qoşsam, konsertlərimi verə bilmərəm. Əli kimdir ona baş qoşum".

Elnarə Abdullayeva Əli Mirəliyevi "öldürməklə" hədələyib:

"Mən Heydər Əliyev Sarayında muğam konsertləri verəndə yerimə səhnədə Əli Mirəliyev oxuyurdu? Mahnıları mən oxuyurdum, muğamları Əli Mirəliyev? Adamın sənəti, işi olmayanda ağzına nə gəldi danışar. İnsan bekar olanda, sənəti, işi olmayanda kənardan hər şeyə söz atır. Çünki vaxtı var, onu necəsə yola verməlidir".

Qeyd edək ki, müğənni Əli Mirəliyev xanəndə, Əməkdar artist Elnarə Abdullayevanı tənqid edib. Müğənni deyib ki, Elnarənin gözəl səsi, gözəl avazı var, amma muğam oxuya bilmir:

"Mərsiyə oxuyur, ağlaşma qurur. Niyə insanları buna öyrəşdirirsən? Tamaşaçını aldatmaq olmaz. Əgər oxuya bilirsənsə, Aygün Bəylər kimi düzgün oxu. Yaxşı səsi var. Ancaq onun oxuduğu muğam yox, mərsiyədir".


Xəbər 988 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +