Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


10.02.2025  13:09 

Ukrayna ərazisinə 83 “Şahed”lə hücum olundu





A+  A-

Fevralın 10-na keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə 83 “Şahed” və digər növ pilotsuz təyyarələrlə hücum edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Telegram-da məlumat yayıb.

Pilotsuz təyyarələr Rusiyanın Bryansk, Kursk, Oryol şəhərlərindən, Smolensk, Rostov və Krasnodar vilayətindən uçuşlar həyata keçirib.

Ukrayna Silahlı Qüvvələrinin aviasiya, zenit-raket qüvvələri, elektron döyüş bölmələri və mobil atəş qrupları 61 PUA-nı məhv edib, daha 22-si kursdan çıxarılıb (yeri itirilib).

Ukrayna hava hücumundan müdafiə vasitələri Kiyev, Xarkov, Poltava, Sumı, Çerniqov, Kirovoqrad, Xmelnitski, Dnepropetrovsk, Zaporojya, Nikolaev və Xerson vilayətlərində fəaliyyət göstərib.

Kirovoqrad, Poltava, Sumı və Xarkov şəhərlərinə ziyan dəyib.

Xəbər 955 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +