Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


09.09.2018  15:53 

Texnologiyada inqilab - Elastik planşet hazırlandı





A+  A-

Kanadanın Kral Universitetinin tədqiqatçılar qrupu planşetə və smartfona bənzəməyən, lakin hər iki qadcetin funksiyaları ilə təchiz edilmiş “MagicScroll” adlı orijinal qurğu hazırlayıb.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, istehsalçıların sözlərinə görə, onları elastik sensor ekrana malik qadcetin yaradılmasına qədim Misir papirus bağlamaları (lülə halında bükülmüş kağızlar) ilhamlandırıb. 3D-çapın köməyi ilə hazırlanmış yeni qurğunun ekranında dəyişmələr qadcetin kənarlarında yerləşdirilmiş təkərləri döndərməklə həyata keçirilir.

Əlavə məlumat tələb olunduqda istifadəçi görünüş sahəsinin formatının genişlənməsi üçün ekranı korpusdan ayıra bilər. Elastik ekran 2K təsvir ölçüsünə malikdir.

Qadcetin qeyri-adi silindrik forması artıq bir sıra üstünlüklərini göstərib. Məsələn, “MagicScroll” əldə və cibdə saxlamaq üçün “iPad”dan daha rahatdır. Qurğu onu jestlərin köməyi ilə idarə etməyə imkan verən kamera ilə təchiz olunub.

Xəbər 1598 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +