Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


22.09.2017  11:16 

Bahar Muradova: “Problemləri həll edə bilərik”





A+  A-

"Azərbaycan beynəlxalq tərəfdaşlığa önəm verir. Ölkəmiz çox məsuliyyətli tərəfdaş olduğunu bütün sahələrdə sübut edib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əməkdaşlığı dünyada sülh şəraitinin yaradılması, iqtisadi əlaqələrin genişləndirilməsi, təhlükələrə qarşı vahid mövqenin formalaşdırılması, lazımi qəraraların əldə edilməsində mühüm əhəmiyyətə malikdir. Əməkdaşlıq etdiyimiz qurumlar arasında Avropa təşkilatlarına xüsusi önəm verilir".
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Bakıda Avronest Parlament Assambleyası tərəfindən "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu sahədə niyyətlər, siyasətlər əhəmiyyət kəsb etdiyi kimi burada təcrübənin də əhəmiyyəti az deyil.

“Həm təcrübələrin bölüşdürülməsi, bunun daha yüksək səviyyədə olmasına mane olan problemlərin araşdırılması, həll yollarının tapılması üçün konfrans xüsusi əhəmiyyətə malik olacaq. Gender bərabərliyi mühüm amillərdən biridir. Hesab edirəm ki Şərq tərəfdaşlığı üzrə həyata keçirilən layihələr kimi, bu sahədə də əməkdaşlıq öz töhfəsini verəcək. Azəraycanda bu istiqamətdə layihələr həyata keçirilir. Azərbaycan bütün bunları öz imkanları hesabına həyata keçirir. Bu səviyyədə olan sağlam əməkdaşlığın məhz bu məqsədləri həyata keçirməyə əsas yaradıb. Azərbaycan təcrübəsi də düşünürəm sizin üçün maraqlı olacaq”.

B.Muradova bildirib ki, Azərbaycanda əsas resurs insan amilidir.

“Məhz bunu nəzərə alaraq bu sahədə bir sıra proqramlar həyata keçirilib və konkret nəticələrə malikik. Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dair dövlət başçısı tərəfindən mühüm addımlar atılıb. Azərbaycanda qadın sahibkarlığı, gender bərabərliyi məsələsi ilə bağlı bir sıra tədbirlər həyata keçirlib. Bununla bağlı mühüm qanunvericilik bazamız var və onun nəticələri də görünməkdədir. Bu baxımdan biz təcrübələrimizi bölüşdürə bilər və problemləri həll edə bilərik”.

Xəbər 1809 dəfə oxunub.




26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +