Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi
Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib


19.11.2019  09:03 

ABŞ Fələstin ərazisindəki yəhudi məskənlərini tanıdı





A+  A-

“ABŞ İsrailin Şərqi Qüdsdə və Qərb Sahilində yəhudi məskənləri salmasını beynəlxalq hüququn pozulması kimi qəbul etmir”.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, İsrailin yaşayış məntəqələri ilə bağlı mövqe Barak Obama administrasiyası tərəfindən pozulub:

“2016-cı ilin dekabrında ABŞ administrasiyası dövlət katibi Con Kerrinin simasında on illərdir hər iki tərəfin dəstəklədiyi “ehtiyatlı yanaşma” prinsipini dəyişdi. İndi isə ABŞ-ın İsrail yaşayış məntəqələrini tanıması Fələstinlə sərhəd statusuna təsir etməyəcək. Bu məsələ danışıqlar yolu ilə həll edilməlidir. Əminəm ki, çoxillik münaqişənin həlli yaxınlaşır”.

Qeyd edək ki, 1978-ci ildə ABŞ XİN-i tərəfindən imzalanmış “Hansell” memorandumuna əsasən Qərbi Qüdsdəki İsrail məskənləri beynəlxalq hüquqa zidd qəbul edilirdi.

1967-ci ildən Şərqi Qüdsdə və Qərb Sahilində yəhudi məskənləri salınıb. 140 məntəqədə 500 mindən çox yəhudi yaşayır. Həmin məskənlər indiyədək beynəlxalq hüquqa zidd qəbul edilirdi. Tramp administrasiyası isə bu fikirlə razı deyildi və problemin həllini həmin məskənlərin tanınmamasının ləngitdiyini müdafiə edirdi.



Xəbər 1419 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +