Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub


17.05.2019  09:16 

Poroşenko Avropa Komissiyasının sədrini ağladıb





A+  A-

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Ukrayna prezidenti Petro Poroşenko ilə sonuncu görüşündə göz yaşlarına hakim ola bilməyib.
XəzərNews.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu haqda Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Konstantin Yeliseyev məlumat verib.

Dövlət rəsmisi bildirib ki, Yunker Ukraynanın hazırkı prezidentini öz kabinetinə dəvət edib. “O çox təsirlənmişdi, düzünü deyim, o hətta ağlamağa başladı. Ona da kədərli idi. Yunker dedi ki, onlar bu 5 il ərzində, demək olar, doğmalaşıblar”, - Yeliseyev danışıb.

Bundan əlavə, baş tutan görüşdə Poroşenko Yunkeri “Knyaz Yaroslav Mudrı” ordeni ilə təltif edib.

Qeyd edək ki, 13-14 may tarixlərində “Şərq tərəfdaşlığı” sammitinin 10-cu ildönümü münasibəti ilə keçirilən Brüsseldəki görüş Poroşenko üçün Ukrayna prezidenti vəzifəsində sonuncu idi. 20 may tarixində Ukraynada yeni seçilmiş prezident Vladimir Zelenskinin inaqurasiyası keçiriləcək.

Xəbər 1452 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +