Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


26.02.2019  18:23 

Ötən il 379 min fermerə subsidiya verilib





A+  A-

Ötən il Azərbaycanda 379 min fermerə subsidiya verilib.
XəzərNews.az xəbər veir ki, bunu AZƏRTAC-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.

Onun sözlərinə görə, bu fermerlərin cəmi 4 faizinin torpaq sahəsi 10 hektardan çoxdur. Subsidiya alan fermerlərin 96 faizinin sahəsi isə 0,5-10 hektardır.

“Aqrolizinq” xətti ilə ötən illərdə ölkəyə 40 mindən çox kənd təsərrüfatı texnikasının, 38 mindən artıq damazlıq heyvanın gətirildiyini bildirən V.Hüseynov qeyd edib ki, kənd təsərrüfatı texnikasının satış bazarı liberallaşdırılıb: “Artıq texnika satışında tətbiq edilən güzəştlər bütün təchizatçı şirkətlərə şamil olunur. Dövlət fermerlərə satılan texnikanın 40 faizini subsidiyalaşdırır. Damazlıq heyvanlara görə verilən subsidiya 50 faizdən 60 faizə qaldırılıb. Fermerlərə verilən gübrənin qiymətinin 70 faizini dövlət ödəyir. Kənd təsərrüfatı bütünlüklə vergilərdən azad edilib. Dövlət daim kiçik və orta fermerlərin yanındadır. Bununla yanaşı, aqrar sahənin inkişafı üçün aqroparkların yaradılması da vacibdir. Dövlət böyük kənd təsərrüfatı müəssisələrinin yaradılmasını dəstəkləyir”.

Qeyd edək ki, dövlətin aqrar sahəyə göstərdiyi dəstək sayəsində bu sektorda 2017-ci ildə 4,2 faiz, 2018-ci ildə isə 4,6 faiz artım qeydə alınıb. Ötən il bitkiçilik məhsullarının istehsalı üzrə 6,8 faiz, heyvandarlıq üzrə isə 2,7 faiz artım olub.

Xəbər 1781 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +