Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək


08.04.2025  13:41 

Oleq Sinegubova sui-qəsd: 50 min dollara...





A+  A-

Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə hərbçini öldürməkdə və iki məmura sui-qəsd hazırlamaqda şübhəli bilinən Krım əsilli şəxs Xarkovda mühakimə olunacaq.

XəzərNews.az xəbər verir ki, bu barədə aprelin 8-də Xarkov Vilayət Prokurorluğu Telegram-da məlumat verib.

Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş Yevpatoriya vətəndaşıdır, 2015-ci ildən Belqorodda (Rusiya Federasiyası) yaşayır. 2024-cü ilin qışında o, Xarkova gələrək bir sıra cinayətlər törədib.

Hüquq-mühafizə orqanları iddia edir ki, fevral ayında o, hərbçini kürəyindən güllələyib və o, yerindəcə dünyasını dəyişib.

Martın 26-na keçən gecə şübhəli Xarkov şəhərinin Şevçenkivski rayon administrasiyasının binasına M67 markalı əl qumbarası ataraq partlayışa səbəb olub, həmçinin tibbi-sosial ekspert komissiyalarından birinin qapısına partlayıcı atıb. Həmin müddət ərzində o, Xarkovda iki hərbi maşını yandırmağa nail olub.

İttiham aktında qeyd edilir ki, həmin şəxs Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinegubova sui-qəsd hazırlayırmış. Plana görə, həmin şəxs avtomobilini partlatmalı idi, bunun üçün adama 50 min dollar vəd ediblər.

Xəbər 1643 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +