Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


27.11.2020  12:20 

Gürcüstanda rekord yoluxma - Qonşu ölkələrdə son vəziyyət





A+  A-

Gürcüstanda son 24 saat ərzində daha 4 780 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa günlük yoluxma sayında rekord qeydə alınıb.
XəzərNews.az xəbər verir ki, Gürcüstanın “stopcov.ge” portalının məlumatına görə ölkə üzrə koronavirusa yoluxanların sayı 123 min 470 nəfər təşkil edir.

Sutka ərzində daha 37 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1161-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 102 min 270 nəfərdir.

Rusiyada son bir gündə 27 min 543 yeni yoluxma faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 496 pasiyent ölüb.

Ölkə üzrə ümumilikdə 2 milyon 215 min 533 nəfər insan koronavirusa yoluxub.

Ermənistanda son sutka ərzində daha 1476 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 132 min 346 nəfərə çatıb. Daha 22 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2090-ə çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

Xəbər 1956 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +