Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi





A+  A-

İranın Kazandakı Baş konsulluğu Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası verib.

Xəzərnews.az xəbər verir ki, bu barədə İranın yerli teleqram kanalları məlumat yayıb.

Etiraz notasına səbəb iranlı tələbələrin Kazanda müvəqqəti uçot müddətinin uzadılması mərkəzində döyülməsi və saxlanılmasıdır.

Notada bildirilir ki, yerli polis tələbələrlə sərt şəkildə davranıb. Polis tərəfindən iranlı tələbələrə qarşı kobud rəftar, insidentin səbəbi və polisin qeyri-peşəkar davranışı ilə bağlı izahat tələb edilib.

Qeyd edək ki, ötən gün Kazan Federal Universitetində təhsil alan müxtəlif ölkələrdən, o cümlədən, İrandan olan əcnəbi tələbələr müvəqqəti uçotun artırılması ilə əlaqədar universitetin müvəqqəti uçotun artırılması mərkəzinə müraciət ediblər. Tələbələr arasında baş verən qarşıdurma polisin müdaxiləsi ilə nəticələnib.

Hadisə ilə bağlı 2 iranlı tələbənin saxlanıldığı bildirilir.




Xəbər 3699 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +